Azərbaycanda ən çox hansı sahələr üzrə alim hazırlanır?

24 İyun, 2026 - 12:29
Azərbaycanda ən çox hansı sahələr üzrə alim hazırlanır?

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2653 nəfərin 470-i iqtisad, 454-ü texnika, 248-i filologiya, 191-i tibb, 152-si pedaqogika, 130-u biologiya, 120-si siyasi, 115-i hüquq, hər birində 110 nəfər olmaqla 220-si tarix və yer elmləri, 82-si kimya, 80-ni riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin elmi kadrların hazırlanması haqqında məlumatında əks olunub.

Qeyd olunub ki, doktorantların 75 nəfəri filologiya, 64 nəfəri biologiya, 47 nəfəri iqtisad, 40 nəfəri texnika, hər birində 28 nəfər olmaqla 56 nəfəri kimya və tarix, 27 nəfəri hüquq, 26 nəfəri tibb, 21 nəfəri yer elmləri, 19 nəfəri aqrar, 17 nəfəri pedaqogika, 13 nəfəri fizika, 11 nəfəri riyaziyyat, qalanları isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.