Azərbaycanda iqtisadi artımı təmin edə biləcək yüksək istedad sahibləri var - Santyaqo İniqes Onsono
“Biz mədəniyyətimizi səciyyələndirən bütün müxtəlif dəyərləri – sahibkarlığı, innovasiyanı, humanitar elmlərin təhsilin əsl transformasiyaedicisi olduğuna inamı texnologiyanın üstünlükləri ilə birlikdə gətirmək istəyirik. Məqsədimiz təkcə Bakını və ya Azərbaycanı deyil, həm də bütün qitəni transformasiya etməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri IE Universitetinin icraçı direktoru Santyaqo İniqes Onsono Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanda dəyər yarada biləcək startaplar, şirkətlər və iqtisadi artım təmin edə biləcək yüksək istedad sahibləri mövcuddur: “Bizim gəlişimiz və məqsədimiz məhz bunu alovlandırmaq və sürətləndirməkdir.
Ötən il ərzində biz qarşılıqlı fikir mübadiləsi apardıq və dərk etdik ki, bu ölkə digər üstünlükləri ilə yanaşı, çox aktiv sahibkarlıq mədəniyyəti qurmaq üçün mümkün ən yaxşı imkana malikdir.
Biz bu təşəbbüsü formalaşdırdıq, lakin eyni zamanda təcili olmalı idik. təxminən 5-10 il davam edən bir dövrdə nəticələri görmək, Bakıda, Mərkəzi Asiyada və bütün dünyada daha çox sahibkarın şirkətlər yaratdığını izləmək istəyirik.
Odur ki, təhsil üçün müxtəlif təşəbbüslərə yönələn bu ortaq yanaşma əslində bizi birləşdirən amildir”.




