Azərbaycanın 13 ali məktəbi dünyanın ən yaxşılarının arasında - Yeni reytinq açıqlanıb

21 Noyabr, 2025 - 10:43
Azərbaycanın 13 ali məktəbi dünyanın ən yaxşılarının arasında

Noyabrın 20-də Böyük Britaniyanın “Times Higher Education” (THE) şirkəti dünya univeristetlərinin “İnterdisiplinar Elm Reytinqi 2026” (“Interdisciplinary Science Rankings 2026”) nəticələrini açıqlayıb. THE-nin “Schimidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın 97 ölkəsindən 911 ən yaxşı ali məktəbin daxil olduğu bu reytinqdə Azərbaycanın 13 universiteti yer alıb. Universitetlərin fənlərarası elmə töhfəsini ölçən reytinqin top-1000-lüyündə yer alan

Azərbaycanın 4 ali təhsil müəssisəsinin mövqeyi belədir:

1. Azərbaycan Dövlət İqtisad Universiteti  — 351-400
2. Bakı Dövlət Universiteti — 401-500
3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti — 601-800
4. Azərbaycan Texniki Universiteti -800+

Ölkəmizin daha 9 universiteti  reytinqə “reportyor” qismində daxil olub: 

1. Azərbaycan Dövlət Aqrar Universiteti 
2. Azərbaycan Dövlət Pedaqoji Universiteti
3. Azərbaycan Memarlıq və İnşaat Universiteti
4. Bakı Mühəndislik Universiteti 
5. Bakı Ali Neft Məktəbi
6. Bakı Slavyan Universiteti
7. Lənkəran Dövlət Universiteti
8. Sumqayıt Dövlət Universiteti
9. Qərbi Kaspi Universiteti 

Reytinq elmi mükəmməlliyi artırmaq və fənlərarası əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb və universitetlərə fənlərarası tədqiqatları qiymətləndirməyə kömək etmək üçün nəzərdə tutulub.

Tədqiqat universitetin fəaliyyətini üç əsas istiqamət üzrə ölçür: 

1. Resurslar (maliyyələşdirmə); 
2. Proses (uğur ölçüləri, imkanlar, inzibati dəstək və yüksəliş);
 3. Nəticələr (nəşrlər, tədqiqatın keyfiyyəti və reputasiyası).
Qeyd edək ki, “Interdisciplinary Science Rankings” universitetlərin fənlərarası elmə töhfəsini ölçən və qlobal problemləri həll etmək üçün elmlərarası əməkdaşlığı qiymətləndirən ilk reytinqdir. 

 
Reytinqin əsas məqamları
 
1.Massaçusets Texnologiya İnstitutu (MIT) ardıcıl ikinci ildir ki, reytinqdə birinci yerdədir və ABŞ-nin güclü göstəriciləri ölkənin fənlərarası tədqiqatlardakı nüfuzundan irəli gəlir.
2. Sinqapur Nanyang Texnologiya Universiteti (NTU Sinqapur) sıralamada beşinci yerdədir və Asiyada ən yüksək reytinqə malik universitetdir.
3. Hollandiyadakı Wageningen Universiteti və Tədqiqat Mərkəzi (WUR) ümumilikdə Avropada doqquzuncu yerdə liderlik edir və “nəticələr” kateqoriyasında birinci yerdədir.
4. Hindistan reytinqdə ən çox təmsil olunan ölkədir və 88 universitetlə təmsil olunur.
Bu il universitetlərin iştirakına cavab olaraq fənlərarası elmlərin əhatə dairəsi STEM olmayan fənləri də əhatə etmək üçün genişləndirilib.
 
 “Schmidt Science Fellows”-un icraçı direktoru Megan Kenna qeyd edib: "Reytinqdə artan qlobal iştirak dünya üzrə təhsil müəssisələrində fənlərarası tədqiqatların vacib və genişlənən rolunu vurğulayır. Bu, həmçinin ali təhsildə innovativ yanaşmaları araşdırmaq, ətraflı məlumatlara və təhlillərə əsaslanan strategiyalar hazırlamaq üçün zəruri açıq ehtiyacı əks etdirir”.
 
Reytinq universitetlər tərəfindən birbaşa təqdim edilən institusional, bibliometrik məlumatlara və dünya üzrə təcrübəli, ən çox elmi məqalələri dərc olunan alimlərin fənlərarası tədqiqatlarda mükəmməllik barədə fikirlərini bildirmələrini tələb edən Fənlərarası Tədqiqat Sorğusuna əsaslanır.

“THE”-nin Qlobal əlaqələr üzrə direktoru Fil Beti retinting nəticələrini belə şərh edir: "Beynəlxalq universitet icmasının təkcə dünyamızı daha yaxşı bir yerə çevirəcək kəşflərin təşviqində fənlərarası yanaşmaların əhəmiyyətini qəbul etməsini deyil, həm də bu sürətlə inkişaf edən yeni elm sahəsində ölçmə və etalonlaşdırmanın əhəmiyyətini qəbul etməsini görmək ilhamverici və ruhlandırıcıdır".

"Bu layihə sadəcə daha bir universitet reytinqini inkişaf etdirməkdən daha çox şeyə malikdir. O, dünya üzrə fənlərarası tədqiqatların aydın, hərtərəfli və dərin anlaşılmasını inkişaf etdirməyi, daha geniş sektorun xeyrinə mükəmməlliyi müəyyənləşdirməyə və istifadə etməyimizə kömək etməyi hədəfləyir", - deyə o əlavə edib.