AzMİU-da tələbələr üçün “İnkişaf Marafonu” keçirilib

4 Noyabr, 2025 - 13:47

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrin şəxsi və peşəkar inkişafına həsr olunmuş “İnkişaf Marafonu” adlı tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, marafonun əsas məqsədi tələbələrə motivasiya vermək, onların karyera və təhsil hədəflərinə yönəlməsini dəstəkləmək, eləcə də müxtəlif sahələrdə uğur qazanmış şəxslərin təcrübəsini bölüşmək olub.

Tədbirdə qonaq qismində Avropa Flensburg Universitetinin məzunu Səid Bağırov, Harvard Universitetində təhsil almış sahibkar Cəlalə Bəhrəmova və iqtisad elmləri namizədi Sakit Səmədov çıxış ediblər.

Spikerlər şəxsi inkişaf, xaricdə təhsil, sahibkarlıq və liderlik mövzularında öz təcrübə və tövsiyələrini bölüşərək tələbələri məqsədyönlü olmağa, müasir bilik və bacarıqlara yiyələnməyə, yeni imkanlardan cəsarətlə yararlanmağa çağırıblar.

Marafon interaktiv müzakirələrlə davam edib, tələbələrin fəal iştirakı və maraqlı sualları tədbirə dinamizm qatıb.

Tədbirin sonunda iştirakçılar spikerlərlə fərdi olaraq ünsiyyət qurmaq, onlardan praktiki məsləhətlər almaq imkanı əldə ediblər.