AZMİU-da yanğın baş verib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) yanğın hadisəsi baş verib.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, hadisə universitetin həyətində – I saylı tədris korpusunun yaxınlığında baş verib. Hadisə nəticəsində I saylı tədris korpusunda tüstülənmə olub. Bu səbəbdən bütün müəllim və tələbə heyəti təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə sorğumuza cavab olaraq bildirilib ki, universitetin həyətində taxta tullantıları yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.



