AzMİU-da yeni müəllimlər üçün təlim təşkil olunub

14 Yanvar, 2025 - 09:21
AzMİU-da yeni müəllimlər üçün təlim təşkil olunub
AzMİU-da yeni müəllimlər üçün təlim təşkil olunub
AzMİU-da yeni müəllimlər üçün təlim təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Treyninq və Sertifikatlaşdırma şöbəsinin təşkilatçılığı ilə universitetin yeni müəllimləri üçün "Elektron universitet platformasından səmərəli istifadə qaydaları" adlı təlim keçirilib. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, təlim yeni müəllimlərin rəqəmsal bacarıqlarını təkmilləşdirmək və tədris prosesinin effektivliyini artırmaq məqsədilə təşkil olunub. 

Tədrisin Elektronlaşdırılması şöbəsinin müdiri Aynur Dərişova təlim boyu iştirakçılara rəqəmsal tədris metodları və elektron universitet platforması haqqında praktiki biliklər təqdim edib. Onları maraqlandıran sualları cavablandırıb. 

Xatırladaq ki, analoji təlimlərin şöbə tərəfindən mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.