AzMİU-nun tələbəsi dünya çempionu olub

3 Noyabr, 2025 - 15:40
AzMİU-nun tələbəsi dünya çempionu olub
AzMİU-nun tələbəsi dünya çempionu olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsi Malik Xəlilov beynəlxalq arenada böyük uğura imza atıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, o, 26 oktyabr – 1 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən IFA Dünya Qol Güləşi Çempionatında (IFA World Armwrestling Championships) gənclər arasında (-86 kq çəki dərəcəsi, sağ qol üzrə) yarışda birinci yerə layiq görülüb.

Malik Xəlilovun bu nailiyyəti Azərbaycan idmanının və tələbə gəncliyinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfədir.

Qeyd edək ki, yarış Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub və dünyanın müxtəlif ölkələrindən onlarla idmançını bir araya gətirib.