AzMİU tələbələri futzal üzrə çempionatlarda uğurla çıxış ediblər

17 İyun, 2025 - 11:48
AzMİU tələbələri futzal üzrə çempionatlarda uğurla çıxış ediblər
AzMİU tələbələri futzal üzrə çempionatlarda uğurla çıxış ediblər

2024/2025-ci il futzal mövsümündə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  tələbələri Yüksək Liqa və Birinci Liqa komandalarının heyətində uğurla çıxış edərək əhəmiyyətli nailiyyətlər qazanıblar. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Nəqliyyat fakültəsinin tələbəsi Nurlan Məmmədov “Araz-Naxçıvan” komandasının heyətində çıxış edərək Azərbaycan futzal çempionatının Yüksək Liqasında çempion olub. Hazırda o, gənclərdən ibarət milli komandanın tərkibində tələbələr arasında keçiriləcək Avropa çempionatına intensiv şəkildə hazırlaşır.

Universitetin digər tələbələri – Tikinti-iqtisad fakültəsində təhsil alan Nurlan Allahverdiyev və Ümid Rəcəbov da mövsüm ərzində “Bakı Fire” klubunun heyətində müvəffəqiyyətlə çıxış ediblər. Onların təmsil etdikləri komanda Birinci Liqanı birinci pillədə tamamlayaraq turnirin qalibi olub.