AzTU-ya yeni qəbul olanlar üçün dəstək mərkəzi yaradılıb
Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat səviyyəsinə qəbul olunanların “myGov” rəqəmsal hökumət platforması üzərindən qeydiyyatına dəstək məqsədilə Dəstək Mərkəzi yaradılıb. Məqsəd abituriyentlərin universitetə qeydiyyatı zamanı yarana biləcək suallarını cavablandırmaq, həmçinin qeydiyyat prosesində onlara köməklik göstərməkdir.
Bu barədə "Azərbaycan müəllimi"nə AzTU-dan məlumat verilib.
Avqustun 28-dən sentyabrın 8-dək saat 09:00-dan 17:30-dək AzTU-ya qəbul olunan abituriyentlər qeydiyyatdan keçmək üçün mərkəzə müraciət edə bilərlər.
Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.




