AzTU ilə Kocaeli Səhiyyə və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən “Beynəlxalq Elm və Texnologiya” konfransı çərçivəsində AzTU rektoru Vilayət Vəliyev və Türkiyənin Kocaeli Səhiyyə və Texnologiya Universitetinin rektoru Müzəffər Elmas arasında görüş keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirlib ki, görüş çərçivəsində tədris və tədqiqat istiqamətində razılaşdırılmış birgə əməkdaşlıq məsələləri üzrə iki ali təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb.


