AzTU müəllim vakansiyası elan edir
Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına 2026/2027-ci tədris ili üzrə ingilis dili müəllimi (tam ştat) vəzifəsinə vakansiya elan edilir.
"Azərbaycan müəllimi" namizədlərə dair tələbləri təqdim edir:
Təhsil: İngilis dili müəllimliyi, filologiya, tərcüməçilik və ya ingilis dili və ədəbiyyatı ixtisası üzrə magistr dərəcəsi.
Təcrübə: İngilis dilinin tədrisi sahəsində minimum 2-5 il pedaqoji təcrübə.
Sertifikat: Beynəlxalq dil sertifikatı (CELTA və ya DELTA üzrə Pass, Pass B, Pass A nəticələri və ya minimum IELTS 7.5).
Metodologiya: İnnovativ, interaktiv metodlardan və tələbəyönümlü tədris yanaşmalarından istifadə bacarığı.
Bacarıqlar: Yüksək kommunikasiya, tədqiqatçılıq qabiliyyəti və ingilis dilində motivasiya məktubu yazmaq bacarığı.
Tələblərə uyğun namizədlər öz CV, motivasiya məktubu və beynəlxalq dil sertifikatlarını elektron poçt vasitəsilə göndərməlidirlər.
E-mail: cv@aztu.edu.az
Vakansiyanın adı (İngilis dili müəllimi).
Son müraciət tarixi: 30.07.2026.
Qeyd: Seçim prosesi müsahibə və demo dərs mərhələləri əsasında həyata keçiriləcək.




