AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar

12 Noyabr, 2026 - 10:00
AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar

Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye iqtisadiyyatı və menecment fakültəsinin bir qrup tələbəsi FAB Şirkətlər Qrupunun istehsal müəssisələrinə ekskursiya ediblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, ekskursiyada tələbələri Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasının baş müəllimi Pərvin Soltanlı müşayiət edib.

Səfərin əsas məqsədi tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri real istehsalat mühiti ilə əlaqələndirmək, sənaye müəssisələrinin fəaliyyəti, istehsal proseslərinin təşkili və idarə edilməsi, eləcə də məhsul keyfiyyətinə nəzarət mexanizmləri barədə praktiki biliklərini genişləndirmək olub.

Ekskursiya çərçivəsində tələbələr istehsalın müxtəlif mərhələləri, müasir texnoloji avadanlıqlar, məhsulların hazırlanma ardıcıllığı və keyfiyyətə nəzarət prosedurları ilə yaxından tanış olublar.

Xüsusilə, hazır məhsulların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və yoxlanılması məqsədilə laborator müayinələrin aparılması prosesi tələbələrə əyani şəkildə nümayiş etdirilib.

Müəssisə nümayəndələri istehsal fəaliyyəti və keyfiyyətin təmin olunması mexanizmləri haqqında tələbələrə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.