BANM-də Robototexnika laboratoriyası yaradılacaq
Bakı Ali Neft Məktəbi (BANM), "XBOT AZ" MMC və Çinin “Yushu Technology Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, sənədi BANM-in rektoru Elmar Qasımov, "XBOT AZ" şirkətinin həmtəsisçisi Erica Xu və “Yushu Technology Co., Ltd.” şirkətinin təmsilçisi Ringo Li imzalayıblar.
Üçtərəfli Anlaşma Memorandumunda əsas məqsəd şirkətdən robot avadanlıqları və xidmətlərin alınması yolu ilə BANM-də müasir təhsil və tədqiqat infrastrukturunun yaradılmasıdır.
Bu mühüm əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbində ən müasir robototexnika laboratoriyalarının qurulması, tələbələrin qlobal innovativ həllərlə tanışlığı və elmi araşdırmaların birgə inkişafı nəzərdə tutulur.




