Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Akademik Forum keçirilir

27 Oktyabr, 2026 - 16:52
Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Akademik Forum keçirilir

Bakıda Mədəniyyətlərarası Dialoq üzrə 7-ci Ümumdünya Forumu çərçivəsində UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumu (IDIU) keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusuna həsr olunan tədbir elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı baxımından əhəmiyyət daşıyır.

Müasir dünyada müharibələr, qütbləşmə, ayrı-seçkilik və nifrət nitqinin yayılması fonunda forum müxtəlif cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın və etimadın gücləndirilməsi yollarını müzakirə etmək üçün platforma yaradır. Tədbirdə elmin, təhsilin, mədəni irsin və rəqəmsal texnologiyaların dialoq mədəniyyətinə təsiri, eləcə də süni intellektin yaratdığı imkanlar və risklər diqqət mərkəzindədir.

Forumda elm və təhsil nazirinin müavini Firudin Qurbanov elm, təhsil və mədəniyyətlərarası dialoqun cəmiyyətləri birləşdirməkdəki rolunu vurğulayıb. O bildirib ki, elm insanları birləşdirən ortaq vəzifələri üzə çıxarır, təhsil bu dəyərləri cəmiyyətə ötürür, mədəniyyətlərarası və dinlərarası dialoq isə qarşılıqlı hörmət və etimadı möhkəmləndirir. Nazir müavininin sözlərinə görə, müharibələrin və qlobal qarşıdurmaların yaşandığı indiki şəraitdə parçalanmış dünyada körpülərin qurulması, sülhə və həmrəyliyə çağırış daha da zəruridir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli isə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildən həyata keçirilən bu proses çərçivəsində Azərbaycan öz təcrübəsini və mədəniyyətlərarası dialoq modelini beynəlxalq ictimaiyyətə təqdim edir. İ. Həbibbəyli forumun dünya təcrübəsinin öyrənilməsi, həmrəyliyin gücləndirilməsi, sülhün və təhlükəsizliyin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Akademik Forum oktyabrın 27-28-də Bakıda keçirilir. Tədbir elmi tədqiqatların və praktiki təcrübənin paylaşılmasına, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, eləcə də gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.