Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli mütəxəssislər hazırlanacaq

27 Oktyabr, 2026 - 11:56
Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli mütəxəssislər hazırlanacaq

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ABŞ-nin “Fortinet” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşdə Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə “Fortinet” şirkəti ilə əməkdaşlıq imkanları, o cümlədən ali təhsil müəssisələrində “Fortinet Academic Partner Program”ın genişləndirilməsi müzakirə edilib.

Eyni zamanda, şirkətlə “bulud” texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli mütəxəssislər hazırlanacaq
Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli mütəxəssislər hazırlanacaq