“Balaca xəzinələr” qrant layihəsinin icrası davam edir

22 Fevral, 2025 - 21:30

Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə “Balaca xəzinələr” adlı qrant layihənin icrası davam etdirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin əsas məqsədi məktəbəqədər təhsil vasitəsilə 3-5 yaşlı uşaqların əqli, fiziki, yardıcı potensialını ortaya çıxarmaq, mədəni səviyyəsini, psixoloji dayanıqlığını, estetik tərbiyəsini formalaşdırmaq, sosial-emosional bacarıqlarını inkişaf etdirmək, sadə əmək vərdişlərinə yiyələndirmək, sağlamlığın qorunmasına həssas və şüurlu münasibət bəsləmək, zəruri həyati bacarıqlara yiyələnmək və şəxsiyyətinin formalaşdırılmasının əsasını qoymaqdır.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən "2024-2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili" üzrə qrant proqramı çərçivəsində Samirə Əmrahova tərəfindən icra edilir.