BANM-in rektoru “Kiber Suverenlik” konfransında iştirak edib
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və Milli Kibertəhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Kiber Suverenlik” konfransında iştirak edib.
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransın açılış mərasimində çıxış edən Elmar Qasımov kibertəhlükəsizlik sahəsində milli maraqların qorunması, texnoloji müstəqilliyin gücləndirilməsi və bu istiqamətdə elmi-tədris müəssisələrinin rolu ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək ki, konfransın əsas məqsədi ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən dövlət qurumları, özəl sektor nümayəndələri və ekspertlərlə birgə kiber suverenlik mövzusunda dərin müzakirələrin aparılmasıdır.



