BDU-da astronomik müşahidə günü keçirilib

12 May, 2025 - 12:22
BDU-da astronomik müşahidə günü keçirilib
BDU-da astronomik müşahidə günü keçirilib
BDU-da astronomik müşahidə günü keçirilib
BDU-da astronomik müşahidə günü keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə astronomik müşahidə günü keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, əvvəlcə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov teleskopla səmanın müşahidəsi və teleskopun qurulması ilə bağlı məlumat verib.

Sonra tələbələr teleskop vasitəsilə Yerin peykini müşahidə ediblər.

Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Astronomiya dərnəyinin rəhbəri və Həvəskar Astronomlar Cəmiyyətinin sədri Faiq Nağıyev dərnəyin fəaliyyət istiqamətləri haqqında tələbələri məlumatlandırıb. O, tələbələri Astronomiya dərnəyinə üzv olmağa dəvət edib.