Bəxtiyar Əliyev: Özəl təhsil müəssisələrinin müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır

5 Mart, 2026 - 13:00
Bəxtiyar Əliyev: Özəl təhsil müəssisələrinin müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır

“Ölkədə özəl təhsil müəssisələrinin sayı artmaqdadır. Bu isə müəllimlərin fəaliyyətinə dair vahid yanaşmanın tətbiqini zəruri edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin Elm və təhsil komitəsinin iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Belə olan halda sual yaranır ki, bir müəllim dövlət təhsil müəssisəsində sertifikasiya imtahanından keçmədiyi halda necə olur ki, özəl təhsil müəssisəsində fəaliyyət göstərir”,- o əlavə edib.

Bəxtiyar Əliyevin sözlərinə görə, yeni qanun layihəsinin birinci oxunuşuna uyğun olaraq özəl təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikasiyaya cəlb olunması vacibdir. O vurğulayıb ki, təhsilverənlərin sertifikasiyası qanunla tənzimləndiyindən bu tələblər özəl təhsil müəssisələrinə də şamil edilməlidir.

Deputat qeyd edib ki, müəllimlər sertifikasiyadan keçdikləri halda onların əməkhaqlarına tətbiq olunan 10 və 35 faiz əlavələrin ödənilməsi həmin özəl təhsil müəssisəsini təsis edən qurumun öhdəliyində olmalıdır.