Beyləqanda psixoloji-tibbi-pedaqoji komissiyanın sədr vəzifəsinə vakansiya elan edilib

29 Yanvar, 2026 - 13:52
Beyləqanda psixoloji-tibbi-pedaqoji komissiyanın sədr vəzifəsinə vakansiya elan edilib

Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayonu üzrə təhsil sektorunda psixoloji-tibbi-pedaqoji komissiyanın (PTPK) sədr vəzifəsinə vakansiya elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, PTPK-nın sədri vakansiyası üçün psixoloq və yaxud ibtidai sinif müəllimləri müraciət edə bilərlər.

Namizədlər üçün psixoloq və ya ibtidai sinif müəllimliyi üzrə ali təhsil, 3 ildən az olmayaraq pedaqoji staj, hazırda təhsil müəssisəsində müddətsiz pedaqoji fəaliyyət göstərməsi tələb olunur. Eləcədə ixtisası üzrə iştirak etdiyi sonuncu imtahan nəticəsinin yüksək olması arzuolunandır.

Müsabiqədə iştirak üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, ali təhsil haqqında sənədin və əlavəsinin surəti, xüsusi təhsil sahəsində əlavə təhsil, iştirak etdiyi təlimlər, seminarlarda iştirakını təsdiq edən sənədlərin surəti, və əmək kitabçasının surəti tələb edilir.

PTPK-nın iş saatı barədə: iş saatı müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə daimi fəaliyyət göstərir, zəruri halda əlavə olaraq səyyar komissiya keçirilə bilər, iş vaxtı 6 saat həcmində, iş rejimi saat 10-dan 16-dək müəyyənləşdirilir.

Namizədlər tələb olunan sənədləri 29 yanvar 2026-cı il tarixindən 02 fevral 2026-cı il tarixinədək Beyləqan rayonu üzrə təhsil sektoruna təqdim etməlidirlər.