Tərbiyəçi-müəllim vakansiyaları ELAN OLUNUB
İcma əsaslı məktəbəqədər təhsil qrupları üçün müəllim (tərbiyəçi) vakansiyası elan olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2026–2027-ci tədris ili üçün müəllim (tərbiyəçi) seçiminə başlanılır.
Bu ildən etibarən müraciətlər yalnız elektron platforma üzərindən qəbul ediləcək.
Müraciət etmək üçün:
– İşə qəbul portalına daxil olun;
– Özünüzə şəxsi kabinet yaradın;
– Məlumatlarınızı sistemə daxil edin;
– Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.
Şəxsi kabinetin yaradılması və müraciət qaydası ilə bağlı təlimat videosu hazırlanıb. Müraciət etməzdən əvvəl videonu izləməyiniz tövsiyə olunur.
Seçim zamanı aşağıdakı namizədlərə üstünlük veriləcək:
– Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlara;
– Məktəbəqədər yaşlı uşaqlarla işləmək təcrübəsinə malik olanlara;
– Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayan namizədlərə;
– Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı yüksək olanlara;
Müraciət zamanı bütün məlumatlarınızı düzgün və tam şəkildə daxil edin. Yanlış və ya natamam məlumatlar müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.
İşə qəbul portalına keçid: https://vakansiya.ilk5il.az/
Təlimat videosu: https://youtu.be/aq5DUIYCXXs
-
LeylaSalam10 gün əvvəlCavablaLike (0) -
GülerŞəxsi kabinetə necə daxil olum19 gün əvvəlCavablaLike (1) -
TurkanSalam Ağcabədi rayonu Taynaq,Poladlı və Ağdam Rayon quzanlı qəsəbəsində tam orta məktəblərdə icma işləri üçün müraciət edirəm özümün dayə kimi təcrübəm var və Nirvana Təhsil və tədris akademiyasının ümumi bağça müəlliməsi kursunu diplomla botirmişəm22 gün əvvəlCavablaLike (0) -
JaləSuraxanı rayonu Hövsan qəsəbəsi25 gün əvvəlCavablaLike (0) -
GulgezSexsi kabinetw nwcw daxil olmaliyam?27 gün əvvəlCavablaLike (1) -
YetərSalam Bakı şəhəri Abşeron rayon Masazır qəsəbəsində 6nömrəli məktəbdə icma işləri üzrə iş üçün müraciət edirəm29 gün əvvəlCavablaLike (0)




