İndoneziyada təhsil üçün təqaüd proqramı elan edildi

19 Mart, 2026 - 17:13
İndoneziyada təhsil üçün təqaüd proqramı elan edildi

İndoneziya Respublikasının Atma Jaya Universiteti 2026–2027-ci tədris ili üzrə xarici tələbələr üçün “İnkişaf Etməkdə Olan Ölkələrin Tərəfdaşlığı Təqaüdü” proqramını elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, proqram çərçivəsində müxtəlif ixtisaslar üzrə bakalavr və magistratura səviyyələrində təhsil almaq imkanı yaradılır.

Təqaüd proqramına müraciət üçün son tarix 31 mart 2026-cı il müəyyən edilib.

Proqramın şərtləri və müraciət qaydaları ilə bağlı ətraflı məlumatı rəsmi elan vasitəsilə əldə etmək mümkündür: https://htp.edu.az/.../895352b3f9ab4a378143ae1ad7c8b5fc.pdf