Çində təqaüdlə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!
Çin Xalq Respublikasının Şərqi Çin Texnologiya Universiteti (ECUT) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (IAEA) tərəfindən əcnəbi tələbələr üçün 2026–2027-ci akademik ili üzrə birgə təqaüd proqramı elan edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, proqram magistratura və doktorantura səviyyələri üzrə seçilmiş ixtisasları əhatə edir və iştirakçılara müvafiq sahələr üzrə beynəlxalq təhsil imkanlarından yararlanmaq imkanı təqdim edir.
Təqaüd proqramına müraciət üçün son tarix 15 aprel 2026-cı il müəyyən olunub.
Proqramın şərtləri, qəbul qaydaları və tələb olunan sənədlərlə bağlı ətraflı məlumatı müvafiq elan vasitəsilə əldə etmək mümkündür:



