“Təhsil Menecerlərinin İnkişaf Akademiyası” proqramına qeydiyyat BAŞLAYIR
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində yeni bir layihəyə start verilir.
Elm və Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, strateji düşünən, qərarvermə bacarığı yüksək, komandaya ilham verən təhsil menecerlərinin yetişdirilməsi bu günün prioritetidir.
Bildirilib ki, "Təhsil Menecerlərinin İnkişaf Akademiyası” məhz bu missiyaya xidmət edir – gələcəyin təhsil liderlərini formalaşdırmaq üçün.
Sizi nə gözləyir?
– Təcrübəli mütəxəssislərdən praktik yönümlü təlimlər
– Praktiki tapşırıqlar və real idarəetmə nümunələri
– Şəbəkələşmə və təcrübə mübadiləsi imkanı
– Fərdi mentor dəstəyi
– Rəsmi sertifikat
Kimlər qoşula bilər?
– Rəhbər vəzifədə çalışmaq və ya bu istiqamətdə inkişaf etmək istəyən pedaqoji şəxslər
Son qeydiyyat tarixi: 15 mart 2026
Qeydiyyat: https://forms.gle/ebED9srb8QfbSS9D6
-
AnarSalam Qeydiyyatdan keçə bilmirəm. Xahiş edirəm köməklik göstərəsiniz27 gün əvvəlCavablaLike (0) -
ZöhrəSalam, zəhmət olmasa, məni də qeydiyyata alın.1 ay əvvəlCavablaLike (0) -
Nigarsalam. qeydiyyat linkine daxil olursan amma qeydiyyadan kecmekde problem yaranir. nece aradan qaldiraq?1 ay əvvəlCavablaLike (0) -
Zöhrə İmamverdiyevaZəhmət olmasa, məni də qeydiyyata alın.1 ay əvvəlCavablaLike (0) -
TükəzbanSalam, mən Allahyarova Tükəzban. ADPU-da coğrafiya müəllimliyi ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Bu istiqamətdə inkişaf etmək və özümü daim təkmilləşdirmək istəyirəm.1 ay əvvəlCavablaLike (0) -
GünayTəcrübə qazanmaq istəyirəm1 ay əvvəlCavablaLike (0)



