UNEC-də müəllim vakansiyası elan edilib

8 İyun, 2026 - 16:41
UNEC-də müəllim vakansiyası elan edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) SABAH qruplarına müəllim seçimi müsabiqəsi elan edilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, seçimdə iştirak etmək üçün müraciətlərinin qəbulu 08.06.2026 – 14.06.2026-cı il tarixlərində aparılacaqdır.

Müsabiqə 2 mərhələdə təşkil ediləcəkdir:
1.  CV dəyərləndirilməsi mərhələsi (15.06.2026 - 19.06.2026)
2. Müsahibə mərhələsi (22.06.2026 – 26.06.2026)

Seçim müsabiqəsində iştirak etmək istəyən namizədlər təqdim olunan keçidə (https://forms.office.com/r/w0ZuhFkrEn) daxil olaraq qeydiyyatdan keçməli və tədris edəcəyi fənləri seçməlidirlər. Namizədlər elektron qaydada sistemdə qeyd olunan xanaları doldurmalı və müvafiq sənədləri sistemə və təqdim olunan e-mail adresinə yükləməlidirlər. (e-mail: tedris@unec.edu.az).

QEYD: Hər bir namizəd bir neçə fənn seçə bilər, lakin komissiyanın qiymətləndirməsinə əsasən yalnız bir fənn üzrə tədris fəaliyyətinə cəlb olunacaqdır.