Biləsuvar məktəblilərinin tədqiqat işi beynəlxalq konfansda müzakirə edilib
Azərbaycan, Türkiyə və Özbəkistanın təşkilatçılığı ilə hər il təşkil olunan “II Beynəlxalq Avrasiyanın biomüxtəlifliyinin qorunması konfransı” baş tutub.
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, konfransda məktəbin 11-ci sinif şagirdləri Paşazadə Asi, Əliyeva Nuray və onların elmi rəhbəri Vəfa Xankişiyevanın “Sabahın alimləri-2024” müsabiqəsində II yerə layiq görülmüş “Arılarda nosema xəstəliyinə qarşı təbii efir yağlarından istifadə edilməsi” layihəsi müzakirə olunub.
Şagirdlərin bu tədqiqat işi “2nd İnternational Conference on Conservation of Eurasian Biodiversity” jurnalında çap olunub.


