Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 İyul, 2025 - 16:11

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. 

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.