Bir neçə növdə özünü sınadı, sonda çempion oldu – Atlet çempionu
Məktəblilərarası Respublika İdman Olimpiadası davam edir. Bu gün Atletika üzrə yarışlar başa çatıb. Yarışın qızlar arasında keçirilən Top atma üzrə qalibi Emilya Babayeva olub. O, 29.47 metr uzunluğa top ataraq çempion olub.
269 nömrəli məktəbin şagirdi olan Emiliya Paşayeva Pespublika İdman Olimpiadasında 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini (İOEUGİM) təmsil edib.
“Azərbaycan müəllimi” ilə təəssüratlarını bölüşən Bakı məktəblisi deyir ki, bu gün atletikanın bir neçə növündə özünü sınayıb. Uzunluğa tullanma üzrə qalib ola bilməməsi onu çox təəssüfləndirib:
“Ağlamaqdan özümü saxlaya bilmədim. Çox pis olmuşdum”.
Amma atletikanın başqa növlərində uğur onunla olub:
“4x50 metr qarışıq estafetdə II yer tutdum. Birinci yerlə aramda çox az fərq vardı. Amma topu ən uzağa mən atdım. 29 metrəyə atdım. Top atma üzrə I yeri tutdum”.
Emiliya deyir ki, məktəbdə fiziki tərbiyə və texnologiya dərslərini çox sevir:
“1 ildir İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində idmanla məşğul oluram. İdmanla həvəslə məşğul oluram. Müəllimim Vladimir Zayeçsi çox sevirəm”.




