BMU-nun tələbələri “Fibonacci”nin Azərbaycan mərhələsində qalib olublar
Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Azərbaycan mərhələsində müxtəlif kateqoriyalar üzrə yüksək nəticələr əldə ediblər.
Bakı Mühəndislik Universitetindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, İDP-nin “Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbələri Hakim Musazadə və Tahirə Bəylərovanın təmsil olunduğu komandalar müxtəlif kateqoriyalar üzrə 1-ci yerə layiq görülüb.
Həmin ixtisasın III kurs tələbəsi Ülkər Rəhimlinin üzvü olduğu komanda isə yarışda 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, olimpiadanın növbəti mərhələsi 22-26 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.



