BŞTİ: Liseydəki tüstülənmədən xəsarət alan olmayıb

4 Fevral, 2026 - 11:27
BŞTİ: Liseydəki tüstülənmədən xəsarət alan olmayıb

Fevralın 4-də Humanitar fənlər təmayüllü liseyin ikinci korpusunun elektrik şitində qısaqapanma nəticəsində tüstülənmə baş verib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.