BSU-da erməni dilinin tədrisinə başlanılır

13 Fevral, 2025 - 12:44
BSU-da erməni dilinin tədrisinə başlanılır
BSU-da erməni dilinin tədrisinə başlanılır

Bakı Slavyan Universitetində (BSU) erməni dilinin tədrisinə başlanılacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə BSU-nun rektoru Anar Nağıyev bu gün universitetdə “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində təşkil olunan “Qərbi Azərbaycan tədqiqatlarda: Çağırışlar və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Rektorun sözlərinə görə, 2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır.