BSU-da gələcəyin psixoloqları üçün təlim keçirilib
Bakı Slavyan Universitetinin (BSU) SABAH Mərkəzinin Psixologiya ixtisası üzrə I və II tədris ili tələbələri üçün pedaqoq və psixoloq Hüseyn Həsənov tərəfindən təlim keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim zamanı psixologiya sahəsində peşəkar inkişaf, davamlı öyrənmə, özünü tanıma və müasir psixoloq üçün zəruri bacarıqlar barədə fikir mübadiləsi aparılıb. İnsan həyatında beyin, bədən və ruh balansının, həyatın mənası və şəxsi inkişafın əhəmiyyəti vurğulanıb.
Həmçinin neyroplastiklik, fiziki və psixoloji sağlamlıq, sosial medianın insan davranışına təsiri və tənqidi düşünmə bacarığının inkişafı mövzularına toxunulub.
Təlim tələbələrin suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.




