BSU-da magistratura üzrə 2 yeni ixtisaslaşma yaradılır

7 İyul, 2026 - 10:43
BSU-da magistratura üzrə 2 yeni ixtisaslaşma yaradılır

Bakı Slavyan Universiteti 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsində iki yeni ixtisaslaşmaya qəbul elan edir.

Bu barədə "Azərbaycan müəllimi" BSU-dan məlumat verilib.

Yeni ixtisaslaşmalar bunlardır:
– Xüsusi təhsil
– Sosial psixologiya

Müasir əmək bazarının tələblərinə uyğun formalaşdırılan bu ixtisaslaşmalar tələbələrə nəzəri biliklərlə yanaşı, peşəkar bacarıqların inkişafı və praktik təcrübə qazanmaq imkanı təqdim edir.