BSU SABAH qruplarına müəllim qəbulu elan edir

10 İyun, 2026 - 16:17
BSU SABAH qruplarına müəllim qəbulu elan edir

Bakı Slavyan Universiteti (BSU) SABAH qruplarında təhsil proqramlarının yüksək akademik standartlara uyğun şəkildə icrasının təmin edilməsi məqsədilə 2026/2027-ci tədris ili üçün professor-müəllim heyətinin işə qəbulu üzrə müsabiqə elan edir.

Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, müsabiqə aşağıdakı ixtisaslar və fənlər üzrə keçirilir:
 Psixologiya
• Mərkəzi sinir sisteminin anatomiyası və fiziologiyası
• İnkişaf və yaş psixologiyası
• Ümumi psixologiya (psixologiyaya giriş)
• Azərbaycan tarixi
• Xarici dildə işgüzar və akademik kommunikasiya – I (ingilis dili üzrə)
• Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
• Sosiologiya
• Ümumi psixologiya (diqqət və hafizə)
• Psixofiziologiya
• Sosial psixologiya
• Ailə psixologiyası
• Biznes psixologiyası və sahibkarlıq
Təhsildə sosial-psixoloji xidmət
• Təhsildə informasiya-kommunikasiya texnologiyaları
• Psixologiyanın əsasları
• İnkişaf və yaş psixologiyası
• Uşaq anatomiyası, fiziologiyası və gigiyenası
• Xarici dildə işgüzar və akademik kommunikasiya – I (ingilis dili üzrə)
• Fəlsəfə
• Sosiologiya
• Pedaqogika tarixi
• Psixi sağlamlıq
• Sosial psixologiya
• Psixologiyanın tədrisi metodikası
• İnklüziv təhsil

Müsabiqədə iştirak etmək istəyən namizədlər CV-lərini sabah@bsu-uni.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 25 iyun 2026-cı il.