Bu akademiyanın rektoru vəzifəsindən azad olunub
Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Ölkə başçısının digər Sərəncamına əsasən, Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının rektoru təyin edilib.


