Bu ali məktəblərdə magistraturaya qəbul dayandırılıb – SİYAHI

22 İyul, 2026 - 09:46
Bu ali məktəblərdə magistraturaya qəbul dayandırılıb

Bu il iki ali təhsil müəssisəsində magistraturaya qəbul dayandırılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd olunub.

Qəbul dayandırılan ali təhsil müəssisələri Naxçıvan Müəllimlər İnstitutu və Bakı Qızlar Universitetidir.

Qeyd edək ki, ötən il Naxçıvan Müəllimlər İnstitutunda magistratura üzrə 30, Bakı Qızlar Universitetində isə 50 yer ayrılmışdı.