Bu fənnin həftəlik dərs saatı artırılır

14 Sentyabr, 2026 - 15:17
Bu fənnin həftəlik dərs saatı artırılır

Tədris digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" fənninin həftəlik saatı artırılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib. 

Nazir bildirib ki, 150 minə yaxın şagird tədris digər dillərdə aparılan siniflərdə təhsil alır: “2021-ci ildən I-IX siniflərdə həftəlik saat 22-dən 31-ə artırılıb. Bu ildən isə həftəlik 31 saatdan 42 saata artırılacaq”.

Onun sözlərinə görə, "Azərbaycan tarixi" (V-VI, yeni ildə VII), "Zəfər tarixi" (IX), "Çağırışaqədərki hazırlıq" (X-XI) Azərbaycan dilində tədris olunur.