Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanının dördüncü günüdür
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin dördüncü günü başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, 24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak edirlər.
Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 6142 nəfər müəllim dəvət olunub.



