Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın müəllimin əməkhaqqısı artacaq
Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsilverənin əməkhaqqısına əlavələr ediləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, bu il 20 minə yaxın müəllim ilk dəfə sertifikatlaşdırmada iştirak edib:
“16 569 müəllim ilk dəfə sertifikatlaşdırma aparılan fənlər üzrə imtahan verib”.
O həmçinin qeyd edib ki, 6 minə yaxın müəllim MİQ müsabiqəsindən keçərək məktəblərdə əmək fəaliyyətinə başlayıb.




