61 minə yaxın müəllimin maaşı 10 faiz artırılıb

13 Noyabr, 2026 - 12:32
61 minə yaxın müəllimin maaşı 10 faiz artırılıb

2022-2026-cı illər üzrə təşkil olunmuş sertifikatlaşdırma imtahanlarında 104 435 müəllim iştirak edib. 


“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir müavini bildirib ki, uğur qazanan 60 818 müəllimin əməkhaqqısına 10 faiz əlavə edilib. Ümumilikdə 91 408 müəllimin əməkhaqqına əlavələr edilib.

2027-ci il üçün sertifikatlaşdırma əlavələri üçün 286,4 milyon manat nəzərdə tutulub.