Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
Avqustun 5-dən 2025–2026-cı tədris ili üzrə şagird yerdəyişməsi prosesinə start verilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, proses sy.edu.az elektron platforması üzərindən həyata keçiriləcək və 20 avqust saat 18:00-a qədər davam edəcək.
Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Şagird yerdəyişməsinin elektronlaşdırılması valideynlərin məktəblə əlaqəsinin asanlaşmasına, prosesin daha şəffaf və əlçatan olmasına şərait yaradır.



