Bu günə qədər 6562 nəfərə təhsil tələbə krediti verilib
2024-2025-ci tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.
Məlumata görə, bu günə qədər kredit üçün ümumilikdə 9340 tələbə müraciət edib.
Müraciətlərdən 977-si natamam hesab edilib, 777 müraciət isə hazırda emal prosesindədir. 674 tələbənin müraciətinə imtina verilib, 350 tələbənin müraciəti isə banka göndərilib.
Bu günə qədər 6562 nəfərə təhsil tələbə krediti verilib. 2337 tələbə sosial TTK, 4225 tələbə isə standart TTK çərçivəsində kreditlə təmin olunub.


