Bu il 26 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq

12 Fevral, 2025 - 11:43
Bu il 26 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq
Bu il 26 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq

"Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək".

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq 65 minə qədər təhsilverən sertifikatlaşdırmaya cəlb olunub: “Onlardan 55 min nəfərin maaşına əlavələr edilib. Təxminən 5 min müəllim isə sertifikatlaşdırmadan keçə bilmədiyi üçün onların əmək müqaviləsinə xitam verilib”.