Bu il 285 nəfərə fəlsəfə doktoru dərəcəsi verilib

11 Avqust, 2025 - 12:54
Bu il 285 nəfərə fəlsəfə doktoru dərəcəsi verilib
Bu il 285 nəfərə fəlsəfə doktoru dərəcəsi verilib

“2025-ci ilin I yarısında 141 nəfərə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilib, 285 nəfərə isə fəlsəfə doktoru elmi dərəcəsi təqdim olunub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2025-ci ilin I yarısında elmi dərəcələrin verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı yaydığı məlumatda qeyd edilib. 

Bildirilib ki, elmlər doktoru dərəcəsi ilə bağlı 14 nəfərin elmi dərəcəsinin verilməsindən imtina olunub, 51 nəfər isə bu dərəcəni alıb.