Bu il ATU-nun bəzi fakültələrində Dövlət Buraxılış İmtahanları olmayacaq
Bu il Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələri üzrə buraxılış sessiyasında Dövlət Buraxılış İmtahanları olmayacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, gələn ildən etibarən Müalicə-profilaktika fakültəsinin tələbələri də adıçəkilən imtahanları verməyəcəklər:
Bütün fakültələrdə yeni formatda buraxılış imtahanları keçiriləcək. Yəni tələbələr bilet çəkib, sual-cavabla imtahanlarını verəcəklər.
Nəzərdə tutulmuş 100 ballıq sistemin 50-si OSKİ, 50-si isə şifahi imtahanlar hesabına toplanacaq. Şifahi imtahan isə 2 mərhələdən – nəzəri və praktik hissədən ibarət olacaq.


