Bu il Bakı Qızlar Universitetini bitirən məzunlara diplom veriləcək? – RƏSMİ

3 Avqust, 2026 - 17:19
Bu il Bakı Qızlar Universitetini bitirən məzunlara diplom veriləcək?

Cari tədris ilində Bakı Qızlar Universitetini bitirən məzunlara qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil haqqında dövlət sənədləri təqdim olunacaq.

Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması bu ali təhsil müəssisəsi tərəfindən əvvəllər verilmiş təhsil haqqında dövlət sənədlərinin (diplomların, arayışların) hüquqi qüvvəsinə heç bir təsir göstərmir. Universitet məzunlarının təhsil haqqında dövlət sənədləri etibarlı və tanınmış olaraq qalır.

Qeyd edək ki, Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.