Bu il paytaxtda buraxılış siniflərini 80 mindən çox şagird bitirir

11 İyun, 2025 - 11:43
Bu il paytaxtda buraxılış siniflərini 80 mindən çox şagird bitirir

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 46406, XI siniflərini 33517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər) 138 nəfər bitirir.

Bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 38206 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513923 şagird təhsil alır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 30169 müəllim fəaliyyət göstərir.

2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1048 məktəbəhazırlıq qrupuna 22781 uşaq cəlb olunub. 

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Bu il paytaxtda buraxılış siniflərini 80 mindən çox şagird bitirir
Bu il paytaxtda buraxılış siniflərini 80 mindən çox şagird bitirir
Bu il paytaxtda buraxılış siniflərini 80 mindən çox şagird bitirir