Bu il riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırılması yekunlaşacaq
Orta ümumtəhsil müəssisələrində çalışan riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırılmasının birinci mərhələsi başa çatıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 2025-ci ildə olması nəzərdə tutulan ikinci mərhələdə 849 nəfər riyaziyyat, 2 893 nəfər xarici dil müəllimi iştirak edəcək.
2022-2024-cü illər üzrə təşkil olunmuş təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında 65 min müəllim iştirak edib. Beləliklə, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılmasının hər iki mərhələsi başa çatıb.
Ümumilikdə 31 852 nəfər ibtidai sinif, 9892 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikatlaşdırmada iştirak edib.



