Bu ixtisas qrupunda plan yerləri tam dolub
Ali təhsil müəssisələrinə qəbulun I mərhələsindən sonra açıqlanan statistikaya əsasən, plan yerləri ən çox üçüncü ixtisas qrupunda dolub (99.84%).
Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, TC altqrupunda isə göstərici 100%-dir və boş yer qalmayıb. Müsabiqə nəticələrinə əsasən, III ixtisas qrupu üzrə yalnız abituriyentlər tələbə adını qazana biliblər.
II ixtisas qrupu üzrə də 97.52% olmaqla plan yerləri kifayət qədər dolub. Burada subbakalavrların da şansı var idi. Ən çox subbakalavr (2319 nəfər) məhz II qrup üzrə ixtisaslara qəbul olunub.
I ixtisas qrupunda plan yerləri 96.64% dolub. I qrup ixtisasları üzrə də subbakalavrların imkanları var idi və 1197 nəfər qəbul olunub.
IV və V ixtisas qruplarında isə plan yerləri müvafiq olaraq 91.91% və 93.71% dolub. Bu qruplarda müvafiq olaraq 627 və 72 subbakalavr qəbul olunub.




