Bu məktəbdə şagirdlər üçün velosiped dayanacağı istifadəyə verilib
Bakı şəhəri Xətai rayonunda yerləşən 221 nömrəli tam orta məktəbdə şagirdlər üçün yeni və müasir velosiped dayanacağı istifadəyə verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəb rəhbərliyi tərəfindən həyata keçirilən bu yenilik sağlam həyat tərzinin təşviqi və şagirdlərin idmana marağının artırılması məqsədi daşıyır.
Yeni velosiped dayanacağı sayəsində məktəbə velosipedlə gələn şagirdlər nəqliyyat vasitələrini xüsusi ayrılmış ərazidə daha təhlükəsiz və səliqəli şəkildə saxlaya biləcəklər. Bu isə həm məktəb həyətində nizam-intizamın qorunmasına, həm də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqinə töhfə verir.
Məktəb kollektivinin əsas məqsədi şagirdləri aktiv həyata təşviq etmək, sağlam vərdişlərin formalaşmasına dəstək olmaq və ətraf mühitin qorunmasına diqqət çəkməkdir.


